ABŞ Livana 72 milyon dollar maliyyə yardımı edəcək

26 Yanvar 2023 18:12 (UTC+04:00)

ABŞ (ABŞ) Livan ordusu və təhlükəsizlik qüvvələrinə 72 milyon dollar maliyyə yardımı edəcək.
ABŞ-ın Livandakı səfiri Doroti Şea BMT-nin nəzdində Livanın paytaxtı Beyrutda keçirilən iclasda iştirak edib.

SİA-nın əldə etdiyi məlumata görə, iclasda Livan ordusu və təhlükəsizlik qüvvələrinə dəstək məsələsi müzakirə edilib.

Görüşdən sonra Şea Livan Ordusunun Baş Qərargah rəisi general-leytenant Cozef Avn və Livan Daxili Təhlükəsizlik Qüvvələrinin komandanı general-mayor İmad Osman ilə ABŞ-ın təhlükəsizlik qüvvələrinə təklif edəcəyi dəstək barədə birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransındakı çıxış edən Şea deyib: “ABŞ Konqresi təhlükəsizlik yardımının böyük bir hissəsini Daxili Təhlükəsizlik Qüvvələri və Livan Ordusuna verilməsi ilə bağlı qərar qəbul edib''.

Yardım çərçivəsində hərbçilərə aylıq ödəniş ediləcəyini bildirən Şea deyib:"Təhlükəsizlik işçilərinə 6 ay müddətində cəmi 72 milyon dollar maliyyə yardımı ediləcək''.

Livan xüsusilə 2019-cu ildən bəri ciddi iqtisadi böhranla mübarizə aparır. Livan Mərkəzi Bankında dollar likvidliyi problemi və valyuta ehtiyatlarının əriməsi ölkədə digər ciddi böhranların yaranmasına səbəb olub.