Ermənistan tərəfi məsələni müharibə ilə həll etməyə çalışsa nə baş verər? - HƏRBİ EKSPERT DANIŞDI

26 Yanvar 2023 13:26 (UTC+04:00)

“Ermənistanın xarici işlər naziri yaxşı olar ki, Ermənistanın Kapitulasiya aktı ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı danışıqlar aparsın”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Hərbi ekspert qeyd edib ki, belə təxribatçı bəyanatları Ermənistan Vətən müharibəsindən əvvəlki dövrdə də səsləndirirdi: “Həmin bəyanatların nə ilə nəticələndiyi hamıya məlumdur. Ermənistan tərəfi hər hansı problemi müharibə yolu ilə həll etməyə çalışarsa, bu, ümumiyyətlə, Ermənistan adlı bir dövlətin mövcudluğunu sual altına qoyar”.