Əməkdaşlıq imkanları müzakirə edilib - FOTOLAR

25 Yanvar 2023 17:10 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2023-cü il yanvarın 25-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru Rana Karadşeh ilə görüşüb. SİA xəbər verir ki, görüşdə ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin SOCAR ilə IFC arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.