Baş nazir etiraf etdi

25 Yanvar 2023 16:29 (UTC+04:00)

Rasmus Paludanın Türkiyə səfirliyi qarşısında Quranı yandırması İsveçin NATO-ya üzvlük prosesini dalana dirəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə dünənki üçtərəfli mexanizm görüşünü qeyri-müəyyən müddətə təxirə salıb. Bu inkişafdan sonra danışan İsveçin baş naziri Ulf Kristersson heç bir milli təhlükəsizlik məsələsinin İsveç və Finlandiyanın NATO-ya qoşulmasından daha vacib olmadığını bildirib.

Baş nazir İsveçdəki hər kəsi ciddiliyi başa düşməyə dəvət edib. O etiraf edib ki, hadisələr İkinci Dünya Müharibəsindən bəri yaşadıqları ən pis hadisədir.