Britaniyalı deputat ermənipərəst həmkarlarını belə susdurdu! ŞƏRH+AKTUAL

25 Yanvar 2023 14:16 (UTC+04:00)

Bob Blekmen: “Yataqlardan çıxarılan qızıl və s. qiymətli faydalı qazıntı materialları qanunsuz şəkildə istismar olunaraq Qarabağdan Ermənistana danışıb”

Britaniya parlamenti palatasının bəzi ermənipərəst deputatlarının təşəbbüsü ilə Xankəndi-Laçın yolu üzərində baş verən məlum hadisələrlə bağlı müzakirələr aparılıb. Ermənipərəst deputatlar əsassız və faktlara söykənməyən fikirlərini irəli sürdükləri bir vaxtda isə onlar əsl fakt qarşısında aciz qalıblar. Belə ki, Britaniya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri, Konservativlər partiyasının təmsilçisi Bob Blekmen həmkarlarının Azərbaycanın ünvanına səsləndirdikləri ittihamlara dolğun cavab verməklə onları, sözün əsl mənasında, susdurub. O bildirib ki, Azərbaycan hökuməti Qarabağdakı yataqlarda nələrin baş verməsindən bilavasitə narahatdır. Britaniyalı deputat həmçinin bildirib: “Ermənilər yataqların monitorinqinin aparılması üçün Azərbaycan tərəfinin araşdırma təklifini rədd ediblər və nəticədə həmin məsələ ekoloji fəalların etirazlarına səbəb olub. Eyni zamanda, sübutlar var ki, yataqlardan çıxarılan qızıl və s. qiymətli faydalı qazıntı materialları qanunsuz şəkildə istismar olunaraq Qarabağdan Ermənistana danışıb. Həmin fakt isə əldə olunmuş atəşkəs rejimini birbaşa pozur”.

Britaniyalı deputat: “Biz anlamalıyıq ki, bu adam (Vardanyan) Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə sanksiyalara qarşıdır”

Bob Blekmen onu da bildirib ki, hazırda Qarabağda oturan və özünü “dövlət naziri” kimi təqdim edən Ruben Vardanyan erməni mənşəli Rusiya oliqarxıdır və o, Rusiya tərəfindən Qarabağa atılıb. SİTAT: “Biz anlamalıyıq ki, bu adam (Vardanyan) Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə sanksiyalara qarşıdır. Onun şirkətləri Ukraynada və Qarabağda hərbi mövcudluğun genişləndirilməsi yönündə aparılan işlərdə uğurla istifadə olunub”.

Beləliklə, Azərbaycanın Britaniyadan olan dostu ermənipərəst deputatların iddialarının qarşısına danılmaz faktlar qoyub və qarşı tərəflər həmin gatlar qarşısında aciz qalıblar. Diqqət çəkən məqamlardan biri isə budur ki, Bob Blekmenin çıxışı Böyük Britaniya parlamentinin rəsmi saytında da yerləşdirilib. Həmin linki təqdim edirik:

https://hansard.parliament.uk/commons/2023-01-24/debates/B6665EA2-0487-4DD5-8FAD-52C81A74FC4D/LachinCorridorAndNagorno-Karabakh#contribution-F96A237D-0F78-4DC4-BE46-E2AFA37EE231

Rövşən RƏSULOV