Yeni baş nazir təyin olunub

25 Yanvar 2023 10:41 (UTC+04:00)

Yeni Zelandiyada Leyboristlər Partiyasının yeni lideri Kris Hipkins baş nazir kimi and içib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kasinda Ardern Yeni Zelandiyada tutduğu vəzifədən istefa verəcəyini elan etdikdən sonra yeni baş nazir elan edilib.

Ada ölkəsində Leyboristlər Partiyasının liderliyinə seçilən 44 yaşlı Kris Hipkinsin paytaxt Vellinqtonda andiçmə mərasimi keçirilib.

Mərasimdə Hipkins Daxili Təhlükəsizlik və Kəşfiyyat Departamentinin də nəzarətini öz üzərinə götürüb.