Dünyaca məşhur müğənni Rihanna ilk dəfə olaraq "Oskar" mükafatına namizəd olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, o "Lift me up" mahnısı ilə "ən yaxşı orjinal mahnı" nominasiyasında yarışacaq. Mükafatlandırma mərasiminin 12 mart tarixində keçirilməsi nəzərdə tutulub.