Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinə mediatur təşkil olunub. SİA xəbər verir ki, mediaturda kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri ilə yanaşı, təhsil eksperti Şahlar Əsgərov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Ceyhun Məmmədov, əməkdar mədəniyyət işçisi, jurnalist Telli Pənahqızı, Elm və Təhsil Nazirliyinin İctimai Şurasının üzvü Mirzə Cəfərzadə, “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev və digərləri iştirak ediblər.
Mediatur çərçivəsində əvvəlcə iştirakçılarla AzMİU rəhbərliyinin görüşü keçirilib. Görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitet haqqında, xüsusilə imtahan prosesi ilə bağlı geniş məlumat verib.