İngilis alimləri məşhur əsərin kimə aid ola biləcəyini AÇIQLADI

25 Yanvar 2023 08:24 (UTC+04:00)

İngilis alimləri “Brecy Tondo” adlı rəsm əsərinin böyük ehtimalla dünyaca məşhur intibah rəssamı Rafaelə aid ola biləcəyini açıqlayıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, həmin rəsm Rafaelin “Sistine Madonna” əsərindəki üzlərlə süni intellekt texnologiyası ilə müqayisə edilib.

Nəticələri açıqlayan akademiklər iki əsərdəki simaların eyni olduğunu vurğulayıblar: “Bu, o deməkdir ki, iki rəsmin eyni rəssam tərəfindən çəkilmə ehtimalı yüksəkdir”.

“Brecy Tondo” əsəri illərdir ki, müəllifi və əsərin ifadə etdiyi məna ilə öz sirrini saxlayır.

Qeyd edək ki, madonna təsvirləri ilə məşhur olan Rafaelin Vatikanda bir çox əsəri var. Həmçinin, Rafael, Mikelancelo və Loenardo da Vinçi ilə birlikdə dövrün "Böyük Ustadları" adlanıb.