Məşhur meyxanaçıdan yeni xəbər var

25 Yanvar 2023 07:25 (UTC+04:00)

Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərim Novruzovdan (Ağakərim) xəbər var. SİA xəbər verir ki, bu barədə onun həmkarı, yaxın dostu Ağamirzə Məmmədov danışıb.

O bildirib ki, həkimlər Ağakərimin səhhəti ilə bağlı müsbət proqnoz verməyib: “Səhhətində bir dəyişiklik yoxdur. Geriyə gedir ki, irəli getmir. Uzanıb qalıb. Sağala bilər söhbəti etmirlər. Həkimlər deyir ki, belə qalsa, yaxşıdır. Mən ziyarət edirəm. Çox çətinliklə danışır. Ancaq uzanır. Nə otura bilir, nə də ayağa qalxır”.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. 2021-də isə yenidən insult keçirib.