Serenay Sarıkaya səsi ilə diqqət çəkir

25 Yanvar 2023 06:30 (UTC+04:00)

"Şahmaran” serialındakı cəsur səhnələri ilə adından söz etdirən Serenay Sarıkaya səsi ilə diqqət çəkir. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, serialın yayımlanmasından sonra çəkiliş görüntülərini yayımlayan Sarıkaya mahnı oxuduğu anları da paylaşıb.

O, həmin anları 9,4 milyon izləyicisi olan instaqram hesabında izləyiciləri ilə bölüşüb.

İzləyiciləri onun səsinin mükəmməl olduğunu bildiriblər.