Niderland 18 ədəd "Leopard 2"-ni Ukraynaya göndərə bilər

25 Yanvar 2023 01:18 (UTC+04:00)

Niderland Almaniyadan icarəyə götürdüyü 18 ədəd "Leopard 2" tanklarını Ukraynaya göndərə bilər. SİA xəbər verir ki, bu barədə Niderlandın baş naziri Mark Rutte "Allgemeine Zeitung"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Niderland digər ölkələrlə birlikdə hərbi yardım paketi çərçivəsində buna hazırdır.

"Biz onları icarəyə götürmüşük, yəni onları ala və bağışlaya bilərik", - baş nazir deyib.

Onun sözlərinə görə, Niderland Ukraynanın xahişinə böyük hörmətlə yanaşır. Baş nazir tədarüklə bağlı qərarın hələ verilmədiyini vurğulayıb.