Türkiyə Əfqanıstana 500 tondan çox humanitar yardım göndərib

25 Yanvar 2023 00:09 (UTC+04:00)

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyasında Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) dəstəyi ilə humanitar yardım materiallarını daşıyan 7-ci “Yaxşılıq qatarı” Əfqanıstanın Herat vilayətinə çatıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

AFAD rəsmilərinin məlumatına görə, qatarda ümumilikdə 500 tondan çox humanitar yardım daşınıb və yardım ölkənin müxtəlif əyalətlərində, xüsusən də köçkünlərə və ehtiyacı olan ailələrə çatdırılacaq.

Yardım ümumilikdə müxtəlif ərzaq materialları, qış geyimləri, ayaqqabılar, xalçalar, adyallar, təmizlik materialları, əlil arabaları və tikiş maşınlarından ibarətir.

Yola salınan yardım sayca yeddinci səkkizinci qatardır. Bundan əvvəlki “Yaxşılıq qatarı” Əfqanıstana dekabr ayında gedib. Dövlətin dəstəyi ilə təşkil olunan humanitar yardımın toplanmasında ölkə ictimaiyyətinin bütün təbəqələri, o cümlədən QHT-lər fəal iştirak edirlər.