Abramoviçin şirkəti 1 funta satılıb

25 Yanvar 2023 00:09 (UTC+04:00)

Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekommunikasiya qrupu iki avropalı sahibkara 1 funta (2 manat) satılıb. SİA-nın xəbərinə görə, bu barədə “The Financial Times” nəşri məlumat yayıb.

Şirkətin yeni sahibləri alman iş adamı Hakan Koç və onun biznes ortağı Pirros Kussios olub.