Avtomobil 9 yaşlı uşağı vurub

25 Yanvar 2023 00:08 (UTC+04:00)

Abşeron rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Məmmədli Əli Asim oğlunu vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.