“Navalnı” Oskar mükafatına namizəd olub

25 Yanvar 2023 00:02 (UTC+04:00)

Bu arada kanadalı rejissor Daniel Roerin “Navalnı” sənədli filmi kino akademiyasının “Twitter” hesabında Oskar mükafatına namizəd olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qaliblərin mükafatlandırma mərasimi bu il 12 martda baş tutacaq.

Qeyd edək ki, “Navalnı” sənədli filmi CNN Films-in iştirakı ilə HBO Max striminq xidməti üçün çəkilib.

Beləliklə ilk fəaliyyət Aleksey Navalnının Rusiyaya qayıtmazdan əvvəl zəhərlənmə cəhdindən sonra müalicə aldığı Almaniyada başlayır. Roer süjeti əvvəlcə siyasi dram, sonra isə triller kimi qurulur.

Hadisələrin əsas personajları və şərhçiləri Navalnının özündən başqa, Bellingcat nəşrinin rəhbəri Xristo Qrozev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun istintaq bölməsinin rəhbəri Mariya Pevçix, həmçinin Yuliya Navalnaya və Leonid Volkovdur.

Onu da qeyd edək ki, müəlliflər 500 saata yaxın kadrlar üzərində işlədiklərini iddia edirlər.

Roer ilk olaraq diqqətini 2020-ci ilin yayında baş verən hadisələrə yönəldir və Navalnının artıq dəmir barmaqlıqlar arxasında qalması və onun azadlığa buraxılması üçün etirazlarla çəkilişini bitirir.

Film “Sundance” film festivalında artıq iki mükafat qazanıb.

Filmin rejissoru Daniela Roer “Real Time”a müsahibəsində Rusiya hakimiyyəti tərəfindən təqib olunan siyasətçi haqqında film çəkmək ideyasının necə yaranmasından danışıb. Bu söhbətdə o, Rusiyanın və orada baş verənlərin onu "sadəcə valeh etdiyini" etiraf edib və bildirib ki, Navalnı haqqında ən azı daha bir film çəkmək istəyir.

…Bəli, onun necə demokratik yolla seçilmiş prezidenti olması haqqında bir film.

Ağasəf Babayev