Argentinada güclü zəlzələ baş verib

24 Yanvar 2023 23:38 (UTC+04:00)

Argentinanın Santyaqo del Estero əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan El Hoyo şəhərindən 23 km şimalda yerləşib. Zəlzələ ocağı 611 km dərinlikdə yerləşir.

Tələfat və dağıntı barədə məlumat yoxdur.