Rusiya Çin, Türkiyə və Hindistanla ticarət həcmini artırıb

24 Yanvar 2023 23:28 (UTC+04:00)

Rusiya Çin, Türkiyə və Hindistanla ticarətin həcmini xeyli artırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” yazır.

Beləliklə, Rusiyanın Çinə ixracının həcmi 15 milyard dollar (artım 64 faiz), Türkiyəyə 6,2 milyard dollar (artım 198 faiz), Hindistana 3,3 milyard dollar (artım 310 faiz) artıb.

Ondan sonra Yaponiya (1,6 dollar, 13 faiz artım) və Braziliya (təxminən 1 milyard dollar, 106 faiz artım) gəlir.

Nəşr, Rusiya və Avropa İttifaqı ölkələri ilə aylıq ticarətin həcminin artdığını da bildirir.

Materialda İspaniyanın (57 faiz artım, 739 milyon dollar), Hollandiyanın (32 faiz artım, 2 milyard dollar) və Belçikanın (81 faiz artım, 1,4 milyard dollar) da ticarətlə bağlı artım olduğu bildirilir.

Maraqlıdır ki, bu ərəfədə Rusiyanın Almaniya ilə ticarət cəmi 3 faiz azalıb və hazırda 4,8 milyard dollar təşkil edir.

Ağasəf Babayev