''Bayraktar Kızılelma'' növbəti sınaqdan da uğurla keçdi

24 Yanvar 2023 22:07 (UTC+04:00)

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan ''Bayraktar Kızılelma'' ikinci uçuşunu da uğurla həyata keçirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
''Baykar'' şirkətindən verilən məlumatda şirkətin tamamilə öz sərmayəsi ilə inkişaf etdirdiyi Türkiyenin ilk pilotsuz döyüş təyyarəsi ''Bayraktar Kızılelma''nın identifikasiya sınağından da uğurla keçdiyi bildirilib.
''Baykar'' şirkətinin İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktar rəsmi internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: "Bayraktar #KIZILELMA ikinci sınağını uğurla başa çatdırdı''.