"Hücum etməmək haqqında paktın bağlanması təklif edilir"

24 Yanvar 2023 21:38 (UTC+04:00)

Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko, Ukraynanın öz daxilində silahlılara təlim keçməkdə davam etməklə, təcavüz etməmək haqqında paktı bağlamağı təklif etdiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini “BELTA” sitat gətirir.

Qeyd edək ki, dövlət başçısı belə bir bəyanatla Belarusda ictimai-siyasi vəziyyət və cinayətkarlığın vəziyyəti ilə bağlı keçirilən müşavirədə çıxış edib.

“...Bunun ukraynalılara nə üçün lazım olduğunu bilmirəm. Onlar bir tərəfdən bizdən, heç bir halda Ukrayna ilə döyüşməməyi xahiş edirlər, yəni bizim qoşunlarımızın ora getməsini istəmirlər. Hücum etməmək haqqında paktın bağlanması təklif edilir. Digər tərəfdən, onlar bu partlayıcı qarışığı hazırlayıb, onları silahlandırırlar” – deyə Lukaşenko bildirib.

Ağasəf Babayev