"Roma"nın futbolçusu "Milan"a keçir

24 Yanvar 2023 21:26 (UTC+04:00)

"Milan" "Roma"nın yarımmüdafiəçisi Nikolo Zaniolonu heyətinə cəlb edəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, artıq tərəflər razılığa gəlib.

İtaliya millisinin üzvü ilə 2027-ci ilin iyunun sonuna qədər müqavilə imzalancağı gözlənilir.

Qeyd edək ki, Zaniolo bu mövsüm "Roma"da ümumilikdə 17 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə edib.