Ruslar Krımda səfərbərlik aparırlar

24 Yanvar 2023 21:05 (UTC+04:00)

Müvəqqəti işğal olunmuş Krım ərazilərində Rusiya Federasiyası gizli səfərbərliyi davam etdirir. Belə ki, işğalçı ölkə öz ordusunu yerli sakinlər - Ukrayna vətəndaşları hesabına artırmağa çalışır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam xülasəsində qeyd edib.

... Sevastopol şəhərində 2023-cü il yanvarın 20-dən Rusiya hərbi komissarlıqlarına Rusiyanın “xüsusi hərbi əməliyyat” adlanan itkilərini Qara Dəniz Donanmasının bölmələrinin yerli mülki şəxslərinin hesabına doldurmaq tapşırılıb. Bütün mülki işçilər ehtiyatda olan hərbi rütbə və sürücülük vəsiqəsinin olması barədə məlumatı göstərən bir forma doldurmalıdırlar.

Xatırladaq ki, bir gün əvvəl Baş Qərargah Rusiya Federasiyasının Krımda, xüsusən də Sevastopolda gizli səfərbərliyə hazırlaşdığını bildirmişdi.

Ağasəf Babayev