Laçın-Xankəndi yolunda RSK-ya məxsus avtomobil karvanı hərəkət edib

24 Yanvar 2023 20:28 (UTC+04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, Laçından Xankəndi istiqamətinə 5 yük və 1 minik avtomobili keçirilib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.