Türkiyənin tələbi ilə danışıqlar təxirə salındı

24 Yanvar 2023 20:17 (UTC+04:00)

İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı danışıqlar Türkiyənin tələbi ilə qeyri-müəyyən müddətə təxirə salınıb.

SİA barədə diplomatik mənbələrə istinadən bildirir.

“Bizim xahişimizlə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm qeyri-müəyyən müddətə ləğv edilib”. Bunu bəyan edən mənbə növbəti görüşün fevralda Brüsseldə keçirilməsinin nəzərdə tutulduğunu da bildirib.

Xatırladaq ki, ötən həftənin sonunda Danimarkanın ifrat sağçı “Hard Course” partiyasının lideri Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında mitinq keçirərək Quranı yandırmışdı. \

Türkiyə Xarici İşlər Nazirliyi bu hərəkəti İsveçin imzaladığı terror təşkilatlarının təbliğatının qarşısının alınmasına dair üçtərəfli memorandumun öhdəliklərinin açıq şəkildə pozulması adlandırıb.

Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Stokholmun artıq Ankaranın NATO-ya üzv olmaq üçün müraciətinin dəstəyinə ümid etməməli olduğunu bildirmişdi.

Ağasəf Babayev