“Sumqayıt” qanalı hücumçu ilə müqavilə imzalayıb

24 Yanvar 2023 19:59 (UTC+04:00)

Qış fasiləsində heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Sumqayıt” son olaraq İsrailin “Bney Yehuda” komandasında çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.

İyirmi səkkiz yaşlı forvard “Sumqayıt”ın heyətində 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin “Medeama", İspaniyanın “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” və İsrailin “Hapoel Akre” klublarının uğurları üçün çalışıb.