"Çelsi" 38 yaşlı müdafiəçi ilə müqaviləni uzadır

24 Yanvar 2023 19:55 (UTC+04:00)

"Çelsi" müdafiəçisi Tyaqo Silva ilə müaqaviləni uzatmağı planlaşdırır.

SİA Qol.az-a istinadən xəbər verir ki, London klubu 38 yaşlı futbolçu ilə mövsümün sonunda başa çatacaq sözləşmənin yenilənməsi ilə bağlı danışıqlara başlayacaq.

Xəbərdə Tiaqonun özününü "Çelsi"də qalmaq fikrində olduğu bildirilib.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2020-ci ildən "Çelsi"də çıxış edir.