ABŞ Ukraynaya “Abrams” tankları göndərəcək

24 Yanvar 2023 19:49 (UTC+04:00)

ABŞ prezidenti Cozef Bayden Almaniyanın “Leopard 2” tanklarının tədarükü ilə bağlı mövqeyinə təsir etmək üçün Ukraynaya “Abrams” tanklarının göndərilməsinə razılıq verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri Pentaqondakı anonim mənbəyə istinadən “Sky News Arabia” telekanalı yayıb.

“Almaniyaya “Leopard 2” tanklarını Ukraynaya təhvil verməsinə təzyiq göstərmək üçün Bayden özü 10 “Abrams” tankını Kiyevə təhvil verməyə hazırdır”.

Bunu telekanal bildirib.

O, həmçinin əlavə edib ki, Almaniya “inadkarlığı dayandırmalı və Leopardları Ukraynaya köçürməlidir”. Xatırladaq ki, bundan əvvəl “Süddeutsche Zeitung” nəşri ABŞ öz “Abrams” tanklarını Kiyevə göndərəcəyi təqdirdə, Almaniya kansleri Olaf Şolz da Ukraynanı “Leopard” tankları ilə təmin edəcəyini yazmışdı.

Ağasəf Babayev