“Qazprom” ilə Özbəkistan “yol xəritəsi” imzalayıb

24 Yanvar 2023 19:18 (UTC+04:00)

Rusiyanın “Qazprom” enerji şirkəti ilə Özbəkistan arasında təbii qaz sahəsində əməkdaşlıq üçün “yol xəritəsi” imzalanıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Qazprom”dan verilən açıqlamaya görə, “Qazprom”un rəhbəri Aleksey Miller və Özbəkistanın energetika naziri Corabek Mirzamahmudov arasında görüş keçirilib.

Görüş zamanı “Qazprom” və Özbəkistan arasında əməkdaşlıq məsələlərinin müzakirə edildiyi bildirilib.

Açıqlamada “Miller və Mirzəməhmudov təbii qaz sahəsində əməkdaşlıq üçün yol xəritəsi imzalayıblar” deyilib.

Qeyd edək ki, Rusiya, Özbəkistan və Qazaxıstan arasında üçtərəfli təbii qaz birliyinin yaradılması ilə bağlı məsləhətləşmələr davam edir.

Kremlin sözçüsü Dmitriy Peskov 2022-ci ilin noyabr ayında verdiyi açıqlamada Rusiya, Qazaxıstan və Özbəkistan arasında təbii qaz əməkdaşlığının hər bir ölkənin maraqlarına uyğun olacağını və ilk növbədə koordinasiya mexanizminin yaradılmasının planlaşdırıldığını bildirmişib.