Nepalın Sudurpaşçim əyalətinin Bajura rayonunda baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Bajura icra başçısı Puskar Xadka axşam saatlarında rayonda 5,9 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Xadka qeyd edib ki, ilkin məlumatlara görə 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Paytaxt Katmandudan 400 kilometr şimal-qərbdə yerləşən rayona təcili yardım və polis qruplarının göndərildiyini qeyd edən Xadka zəlzələ nəticəsində bəzi anbar və fermaların torpaq altında qaldığını ifadə etdi.