Rusiyadan qaçanların əmlakları yağmalanacaq?

24 Yanvar 2023 18:27 (UTC+04:00)

...Deputatlar Rusiyanı tərk etmiş və “ölkəni təhqir edən” vətəndaşların əmlakının müsadirə edilməsi məsələsini nəzərdən keçirirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının iclasında parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, Rusiyanı tərk edən, lakin yenə də “ölkə hesabına yaşayan”, tutulmalar və rüsumlar alan “alçaqlar” var.

Rusiyalı spiker hesab edir ki, dövlətin başına “palçıq tökənlərə” qanunvericiliyə dəyişiklik etməklə cavab vermək lazımdır.

Volodinə görə, əmlakın müsadirəsi deyəndə, burada söhbət qanunu pozan, ölkəyə zərər vuran əclaflardan danışırıq.

Volodinin fikrincə, onlar buna görə məsuliyyət daşımalıdırlar.

Xatırladaq ki, bundan əvvəl Milli Tarixi İrsin Qorunması Fondu Dövlət Dumasının sədri Vyaçeslav Volodinə xarici agentlərin reyestrinə daxil edilmiş vətəndaşların əmlakının dövlət gəlirləri üçün müsadirə edilməsi təşəbbüsü ilə müraciət ünvanlamışdı.

Ağasəf Babayev