Ukraynaya 100-ə yaxın “Leopard 2” tankı veriləcək?

24 Yanvar 2023 18:07 (UTC+04:00)

Bu arada 12 ölkə Almaniyanın razılıq verəcəyi təqdirdə 100-ə yaxın “Leopard 2” tankını Ukraynaya təhvil verməyə razılaşıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “ABC News”-a Ukraynanın yüksək rütbəli məmuru məlumat verib.

Verilən məlumata görə, belə razılaşma Ukraynaya dəstək üzrə təmas qrupunun yanvarın 20-də Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında keçirilən iclasında əldə olunub.

“ABC News”un məlumatına görə, Polşa və Finlandiya artıq Kiyevə müəyyən sayda “Leopard 2” tanklarını verməyə hazır olduqlarını bildiriblər.

Bundan əlavə, İspaniya, Hollandiya və Danimarka öz tanklarını Ukraynaya verməyə razıdırlar.

Xatırladaq ki, Almaniya Polşadan Ukraynaya “Leopard 2” tanklarının göndərilməsi üçün artıq “icazə” alıb.

Yeri gəlmişkən, bu arada Kreml, Kiyevə “Leopard 2” tanklarının tədarükünün Rusiya ilə Almaniya arasında münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmədiyini bəyan edib.

Ağasəf Babayev