Niderlanddakı təhqiramiz hərəkətə reaksiyalar davam edir

24 Yanvar 2023 17:59 (UTC+04:00)

İbrahimKalın sosial media hesabındakı açıqlamasında: “İsveçdən sonra Niderlanda müqəddəs kitabımız "Quranı-Kərim"ə qarşı sərgilənən təhqiramiz hərəkəti şiddətlə qınayırıq. Qaranlıq nəfəsinizlə Allahın nurunu söndürə bilməzsiniz. Heç kim bu faşist nifrət cinayətini azadlıq və tolerantlıq kimi müdafiə edə bilməz. Avropa bu qaranlıq tendensiyanın qarşısını almaq məcburiyyətindədir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də sosial media hesabında paylaşdığı açıqlamasında hücumu lənətləyib.

Çəlik: “Hollandiya hakimiyyəti bu faşist hücuma qarşı konkret mövqe nümayiş etdirməlidir. Belə hadisələr bütün Avropa demokratiyaları üçün təhlükədir. Dinlərə və bəşəri dəyərlərə yönəlik təhdidlərin qarşısını ala bilmək üçün Faşistlərin əleyhinə birgə mübarizə vacibdir”-deyə Ömər Çelik vurğulayıb.