“Avropanın siyasi inkişafına Makron hakimiyyəti mane olur” - XARİCİ SİYASİ EKSPERT AÇIQLADI

24 Yanvar 2023 17:37 (UTC+04:00)

“Zaman-zaman Fransada vətəndaşların işsizlik və bu kimi məsələlər barəsində kütləvi etiraz aksiyaları keçirilir. Bu etirazlarda tələblər ondan ibarətdir ki, kütləvi vətəndaşların rifah halının yüksəlməsi, iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması, maaşların artırılması və bu kimi məsələlər daha çox problem yaradır. Həmçinin, burada son aylarda Rusiyanın Ukraynaya hücumu nəticəsində enerji və işıq məsələsində bahalaşma hökm sürür. Amma Fransa bu məsələnin həllində demək olar ki, çox böyük çətinlilərlə üzləşərək vətəndaşların rifah halının yaxşılaşdırılması üçün ciddi işlər görmür. Buna görə də etirazlar getdikdə geniş vüsət alır”. Bu sözləri SİA-ya açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin idarə heyətinin üzvü, Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sadiq İsabəyli deyib.

Onun sözlərinə görə, çox qəribədir ki, fransızlar hər zaman iddia edirlər ki, demokratiya üçün savaşırlar, burada vətəndaşların hüquq və azadlıqları qorunur: “Amma polislərin zorakılığını müşahidə etdikdə bu onu göstərir ki, Makron hakimiyyəti vətəndaşları zor gücü ilə sükuta vadar etməyə, hakimiyyətin mənfilərini bu şəkildə ört-basdır etməyə çalışır. Polisin etirazçılara qarşı zorakılıq nümayiş etdirməsi bir sıra diktatur rejimlərə, o cümlədən İrana örnək kimi göstərilir. Bilirsiniz ki, İranda 4 aydan çoxdur ki, kütləvi etirazlar həyata keçirilir və burada konkret istəklər var”.

Sadiq İsabəyli sözlərinə belə davam edib: “Fransada sadəcə sözdə demokratiya var. Fransa iddia edir ki, vətəndaşladrın hüquq və azadlıqlarını qoruyan dövlət olduğunu iddia edir. Biz bu iddiaların tam əksini görürük. Makron hakimiyyəti son illərdə həm Avropa dövlətlərinə, həm öz vətəndaşlarına, həm də bizim bölgədə problemlər yaradır. Hətta Avropanın siyasi inkişafına da Makron hakikiyyəti mane olur. Bu Avropanın demokratik imicinə zərbədir. Bununla bağlı həm Avropa dövlətləri, həm də Fransa hakimiyyəti ciddi addımlar atmalıdır. Bu gedişlə Makronun gələcəkdə hakimiyyətdə qalma ehtimalı zəifləyir”.

Ayşən Vəli