İqtisadiyyat nazirinin vətəndaş qəbulu təxirə salınıb

24 Yanvar 2023 17:03 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarovun yanvarın 27-də Neftçalada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.