Kiyev Priqojini öldürtmək istəyir?

24 Yanvar 2023 16:46 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə keçirdiyi gizli görüşdə “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojinə qarşı sui-qəsd cəhdini müzakirə ediblər?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı, yanvarın 24-də keçirdiyi brifinqdə bu məsələ ilə bağlı xəbərləri şərh edib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Kiyevin artıq Rusiya ərazisində törədilmiş cinayətlərdə, xüsusən də jurnalist və politoloq Darya Duqinanın qətlində iştirakını xatırladıb.

Və Kiyev rejiminin bu cür sui-qəsd cəhdlərində iştirakını göz qabağına gətirməyi tövsiyə edən Peskov, rusiyalılar üçün ukraynalılar tərəfindən hələ də təhlükənin mövcudluğunu istisna etməyib.

Ukraynalı diversantların konkret olaraq Yevgeni Priqojinə sui-qəsd cəhdi ehtimalına gəlincə, Kreml sözçüsünə görə, bu sualı Rusiya xüsusi xidmət orqanlarının nümayəndələrinə vermək lazımdır.

Maraqlıdır ki, bundan əvvəl “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin son həftədə ikinci dəfə ABŞ hakimiyyətinə “kimi, nə vaxt və harada sabitliyi pozdu?” səpkili sual verib.

Ağasəf Babayev