Mahacqala ilə hava nəqliyyatının bərpası mümkün olacaq? - İQTİSADÇI DANIŞDI

24 Yanvar 2023 15:12 (UTC+04:00)

“Son dövrlər Azərbaycanla qonşu ölkələrin həm paytaxtları həm də digər şəhərləri arasında hava nəqliyyatının genişləndirilməsi müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı qeyd edib ki, bundan öncə Mərkəzi Asiya, eyni zamanda Qazaxıstanla hava nəqliyyatının bərpası və genişləndirilməsi birbaşa olaraq müşahidə olundu: “Təbii ki, Mahacqala Azərbaycan üçün həm qonşuluqda yerləşən şəhər olaraq, həm də bütövlükdə iqtisadi-siyasi əlaqələr baxımından vacib şəhərdir. Ölkəmizdən Mahacqalaya gedənlərin sayı kifayət qədər çoxdur. Həmçinin Dağıstandan Azərbaycana gələnlərin sayında da artımlar müşahidə olunur. Ona görə də belə bir hava əlaqəsinin yaradılması həm iki tərəf arasında olan münasibətləri daha da inkişaf etdirəcək, həm də ölkədə turizmin inkişafına təkan verəcək. Nəticə etibarilə də hər iki şəhər arasında gediş-gəlişdə artımlar baş verəcək. Bu baxımdan hava nəqliyyatının bərpa edilməsi bütövlükdə iqtisadi baxımdan hər iki tərəfə uyğundur”.