Park Cinema-da “Evdə qalmış” filmi nümayiş olunacaq

24 Yanvar 2023 14:40 (UTC+04:00)

Romantik komediya janrında çəkilən “Evdə qalmış” filmi 9 fevraldan “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. SİA xəbər verir ki, filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin təqidi ilə 30 yaşlarına çatmadan evlənməlidir. Qonşunun, qohum-əqrəbanın “Evdə qalmısan?”, “A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də təsadüfi hadisələr onları bir-biri ilə qarşılaşdırır. Onlar 30 yaşlarını subayyoxsa evli kimi keçirəcəklər? “Evdə qalmış” sözündən canlarını qurtarmaq üçün seçdikləri yol onların həyatını necə dəyişəcək?

Filmdə Kəmalə Piriyeva, Şəhriyar Əbilov, xalq artisti HəmidəÖmərova, əməkdar artist Mehriban Xanlarova, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov vəbaşqaları rol alıb.

Qeyd edək ki, ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.

Filmi izləmək istəyənlər biletləri Park Cinema kassalarından vəya www.parkcinema.az saytından əldə edə bilərlər.