Bir dövrə damğasını vuran "Avropa Yakası" serialında "qapıcı Qaffur" obrazı ilə yaddaşlarda iz buraxan Peker Açıkalın izləyicilərini illər öncəyə götürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məktəb illərində çəkdirdiyi fotonu sosial şəbəkədə yayımlayan 59 yaşlı aktyor saçlarının həmişə uzun olmasının səbəbini də açıqlayıb.
“Xəbəriniz varsa, sağ qulağımın böyük olmasının səbəbi bütün əziz müəllimlərimin əməyidir. Sağ qulağımı çox çəkirdilər”.