"Avropa Parlamenti xristian tərəfkeşliyi edir" - MİLLƏT VƏKİLİ DANIŞDI

24 Yanvar 2023 12:07 (UTC+04:00)

“Avropa Parlamentinin "Madrid prinsipləri"nə istinad etməsi Ermənistanın hardasa istəyinə uyğun ola bilərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, burada əsas məqsəd ondan ibarətdir ki, Minsk qrupu dirçəlsin və hər üç faktor burada iştirak etsin: “Çünki Ermənistan üçün Fransanın iştirakı mühüm əhəmiyyət kəsb edir. Ermənistan burada tərəf mövqe tutur. Onlar “Madrid prinsipləri” ilə Azərbaycanın razılaşmadığını bildirdilər. O zaman Ermənistana bu sərf etmirdi. Çünki onlar o zaman üçün problemin 5+2 formatında həll olmasını istəyirdilər. Burada Dağlıq Qarabağın status məsələsi, rayonların qaytarılması və qalması kimi məsələlər də yer alırdı. Lakin onlar indi uduzduğdan sonra təbii ki, istəyir ki, bu modeli həyata keçirtsin. Ancaq bu mümkün olan bir şey deyil. Avropa Parlamenti də bu işlə dərindən tanış deyil, Ermənistanın iştirakı ilə layihəni hazırlayıblar. Avropa Parlamenti təəssüflər olsun ki, xristian tərəfkeşliyi ilə fəaliyyətini həyata keçirdir. Təsadüfi deyil ki, buna görə də Ermənistanın tərəfini saxlayır”.