Bakıda stadionun qarşısında qəza olub - FOTO

24 Yanvar 2023 11:33 (UTC+04:00)

Bakıda stadionun qarşısında qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti, "ASK Arena"nın qarşısı mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu səbəbdən qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.