Əyləncə mərkəzində dəhşətli hadisə baş verib

24 Yanvar 2023 11:27 (UTC+04:00)

Hindistanda baş verən hadisə hər kəsi şoka salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda yerləşən əyləncə mərkəzlərinin birində faciəvi ölüm baş verib. Belə ki, əylənməyə gələn insanlar atraksionun dəhşətli bir şəkildə aşması ilə üz-üzə qalıb. Hadisə nəticəsində 9 nəfər yaralanıb, 4 nəfər isə dünyasını dəyişib.