Dünyaca məşhur repçi Dreykin konsertində hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin Harlemdəki Apollon Teatrında çıxışı zamanı pərəstişkarı amfiteatrdan yıxılıb.
Orkestrin üzərinə düşən fanatın xəsarət aldığı qeyd edilib. Konsertə 15 dəqiqə fasilə verilib və məkana təcili tibbi yardım çağırılıb.