"Bayraktar TB2"lər dünyanın gündəmində

23 Yanvar 2023 19:05 (UTC+04:00)

Türkiyənin silahlı pilotsuz uçuş aparatı "Bayraktar TB2"lər dünyaca məşhur Massaçusets Texnologiya İnstitutunun (MIT) müstəqil nəşri olan MIT "Technology Review" tərəfindən 2023-cü ilin cığır açan texnologiyaları arasında yer alıb.

“Baykar”ın baş direktoru Haluk Bayraktar "Twitter" hesabında bununla bağlı paylaşım edib.

"Dünyanın ən əhəmiyyətli texnologiya kanallarından biri olan "MIT Technology Review" milli SİHA-larımız "Bayraktar TB2"-ni 2023-cü ilin cığır açan texnologiyaları arasında göstərdi" ifadəsini işlədib.

"MIT Technology Review" jurnalının internet saytında "Bayraktar TB2" kimi Türkiyə istehsalı olan təyyarələrin dronların müharibədəki rolunu əhəmiyyətli dərəcədə genişləndirdiyi bildirilib.

Jurnalın internet saytında "Bayraktar TB2"-lərlə bağlı bu ifadələr yer alıb:

"TB2 yavaş uçan bir gövdədə birləşdirilmiş kifayət qədər yaxşı hissələrin toplusudur. Saatda 138 mil sürətə çata bilir və təxminən 186 mil rabitə aralığına malikdir. "Baykar" şirkəti 27 saat havada qala biləcəyini qeyd edir.

Ancaq "TB2" videonu yer stansiyaları ilə paylaşa bilən kameralarla birləşdirildikdə həm qanadlarında daşıdığı lazerlə idarə olunan bombaları hədəfə almaq, həm də yerdən artilleriya atəşini yönəltməyə kömək etmək üçün güclü alətə çevrilir".