“Layihənin son mərhələsinə çatdıq”

23 Yanvar 2023 18:42 (UTC+04:00)

Türkiyəli məzun Mirbek Okenov smart məhsullarda qırğız dilinin istifadəsini təmin etmək üçün süni intellekt texnologiyaları üzərində çalışdıqlarını söyləyib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

2014-cü ildə Orta Doğu Texniki Universitetinin Kompüter mühəndisliyi fakültəsini bitirən M.Okenov Qırğızıstana qayıtdıqdan sonra proqram təminatı şirkəti qurduğunu bildirib.

Mirbek Okenov Türkiyədə təqaüdlə təhsil alan qırğız tələbələrin təsis etdiyi Türkiyə Məzunları Dərnəyinin də baş katibi olub.

Smart məhsullarda qırğız dilinin istifadəsini təmin etmək üçün Qırğızıstan Prezident Administrasiyası tərəfindən bu dili anlayıb danışacaq “Ağıllı virtual köməkçi” layihəsini həyata keçirməyə başladıqlarını söyləyən Okenov deyir: “Avtonom nəqliyyat vasitələri - ağıllı mobil, ağıllı ev, ağıllı televiziya, naviqasiya və səs köməkçisi kimi tətbiqlərdə qırğız dilini süni intellektlə bir araya gətirməyi planlaşdıran proqram layihəsinin son mərhələsinə çatdıq. Layihə 2023-cü ilin sonuna qədər tamamlanacaq. Hökumətin dəstəyi ilə alınan superkompüterdə lazımi sazlamalar aparıldıqdan sonra layihə istifadəyə veriləcək”.