Təxminən 20 ildən sonra dünya iqtisadiyyatı tamamilə fərqli istiqamətlərdə rəqabət aparacaq. Əgər hər hansı bir ölkə bu tələblərlə öz iqtisadiyyatını formalaşdırmayacaqsa, o zaman bu ölkənin iqtisadiyyatının dayanıqlılığını, rəqabətliliyini təmin etmək çox çətin olacaq. Xüsusilə, son olaraq dördüncü sənaye inqilabı ilə bağlı ortaya qoyulmuş mövzu çox əhəmiyyətlidir. Qeyri-neft iqtisadiyyatının inkişafını növbəti dövrlərdə dayanıqlı əsaslarla formalaşdırmaq və dördüncü sənaye inqilabının iqtisadiyyata transformasiyası istiqamətində çox böyük işlər görülür. Davos Dünya İqtisadi Forumunun strateji platforma hesab olunmasının əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil edilməsidir. Forumda çoxsaylı mövzular üzrə sessiyalar keçirilir və bu sessiyalar müxtəlif transmilli media qurumları tərəfindən birbaşa yayımlanır. Bundan başqa, forum çərçivəsində nüfuzlu şirkət rəhbərləri ilə görüşlərin keçirilməsi və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli danışıqların aparılması üçün əlverişli imkanlar yaradılır. Dövlət başçısı forumda ¬keçirdiyi görüşlərdə müxtəlif sferalara, o cümlədən tranzit potensialının reallaşdırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən, enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrasına aid məsələləri müzakirə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Dövlət başçımızın forumda növbəti dəfə fəal ¬iştirakı, orada səsləndirdiyi fikirlər və çoxsaylı görüşləri geniş maraq doğurmaqla yanaşı, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə təqdimatı baxımından çox faydalı oldu.
Davos İqtisadi Forumunda dünyada gedən iqtisadi proseslərin müzakirəsi aparılır. Müəyyən məsələlər iqtisadi, o cümlədən sosial məsələlər müzakirə olunur. Azərbaycan da hazırda dünyada iqtisadi, sosial cəhətdən inkişaf etmiş, sözü keçən bir dövlətdir. Xüsusilə, bizim dövlətimiz üçün o cümlədən, region üçün olduqca önəmlidir. Bu forumda hər bir dövlət özünün hansı sahədə inkişafını görmək istəyirsə, həmin sahələrə müəyyən əlavə təkliflər verir və digər dövlətlərlə əməkdaşlıq edir. Davos İqtisadi Forumu dünya dövlətləri, o cımlədən Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycan Dünya İqtisadi Forumu münasibətlərdə yeni səhifə açır. Bu gün Azərbaycan Davos Dünya İqtisadi Forumunun nüfuzlu üzvlərindən birinə çevrilmişdir və ölkəmiz hər il bu forumda təmsil olunur. Azərbaycanın əlverişli coğrafi vəziyyəti, iqtisadi potensialı və digər amillər ölkəmizin geosiyasi çəkisini daha da artırmışdır. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda reallaşdırılan strateji layihələrin əsas təşəbbüskarı və mərkəzi aktoru kimi fərqlənir. Azərbaycanın Avroasiya məkanında əsas logistik və enerji layihələrinin mərkəzi olduğunu nəzərə alsaq bu forumun həm ölkəmizin həm də dünya iqtisadiyyatı üçün böyük töhfələr verəcəyinə əminik.
Fazil Məhəmmədov
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü