Dövlət Neft Fondundan büdcəyə transfer 3,6 milyard manat az olub

23 Yanvar 2023 14:31 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11517,5 mln. manat məbləğində transfertə qarşı 7923,0 mln. manat məbləğində vəsait daxil olub. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3594,5 mln. manat və ya 31,2 faiz az istifadə olunmasına imkan verib.