Əməkdar artist son mənzilə yola salınıb - FOTOLAR

23 Yanvar 2023 12:48 (UTC+04:00)

Azərbaycanın əməkdar artisti, "Topuş bacı" ləqəbi ilə hər kəsin könlündə yer alan Tünzalə Əliyeva ötən gün dünyasını dəyişib. SİA xəbər verir ki, əməkdar artistin vida mərasimi Heydər məscidində keçirilib. Yaxınları, ailəsi, sənət dostları, sevənləri onu son mənzilə Qurd Qapısı qəbirstanlığından yola salıb.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun zamandır ankoloji xəstəlikdən əziyyət çəkirdi.

Banuçiçək Hüseynli