Aya ayaq basan ikinci kosmonavt ad günündə evləndi

22 Yanvar 2023 17:48 (UTC+04:00)

Aya ayaq basan ikinci kosmonavt kimi tarixə düşən Edvin Bazz Oldrin (Edwin Buzz Aldrin) 93-cü ad günündə evləndiyini açıqlayıb.

“Twitter” hesabından etdiyi paylaşımda 93 yaşında uzun müddətdir sevdiyi doktor Anca Faurla Los-Ancelesdə kiçik bir mərasimlə evləndiklərini bildirən Edvin deyib: "Sevgilisi ilə qaçan gənclər kimi həyəcanlıyıq".

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, həyat yoldaşı Faur Edvindən 30 yaş kiçikdir. Kosmonavt ondan əvvəl 3 dəfə evlənib.

Xatırladaq ki, Edvin Bazz Oldrin 20 iyul 1969-cu ildə “Apollo-11” kosmos uçuşu ilə Aya səyahət edib və Nil Armstronqdan (Neil Armstrong) sonra Aya ayaq basan ikinci kosmonavtdır.