“Twitter”də reklamsız abunəlik ola bilər

22 Yanvar 2023 08:29 (UTC+04:00)

“Twitter“də istifadəçiləri reklamlardan xilas edən yeni abunəlik istifadyəyə verilə bilər. SİA xəbər verir ki, bu barədə social şəbəkənin sahibi İlon Mask məlumat verib.

O bildirib ki, “Twitter“də reklamlar həddindən artıq çoxdur. Xatırladaq ki, oktyabrın 27-də Mask “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağladı. Noyabrın 6-da o, “Twitter Blue” abunəliyinin bir hissəsi kimi ödənişli hesab yoxlamasını tətbiq etmək niyyətində olduğunu açıqladı.