Mikoravtobus qəzaya uğrayıb - 10 nəfər xəsarət alıb

22 Yanvar 2023 01:04 (UTC+04:00)

Dağıstanın Babayurt rayonunda mikroavtobus magistral yolda dirəyə çırpılıb. SİA xəbər verir ki, bu barədə Dağstan Daxili İşlər Nazirliyinin "Telegram" kanalında məlumat verilib. Qəza nəticəsində 10 nəfər xəsarət alıb.

Həştərxan-Mahaçqala yolunun 424-cü kilometrliyində “Mercedes-Benz Sprinter” idarəetmədən çıxaraq dirəyə çırpılıb.

Qəzada xəsarət alanlardan biri uşaqdır.